Siyasət

İsrailin İrana Cavabı - Üçüncü Dünya müharibəsi başlayır?

26 Oktyabr 2024 11:27
Baxış: 660

Xəbər verdiyimiz kimi,  oktyabrın 26-sı gecə saatlarında İsrailin İrana cavab hücumu olub.

Milli.Az xəbər verir ki,  bu barədə "Yerusəlim Post" məlumat yayıb.  Məlumata əsasən, İsrail hərbi təyyarələrlə İranın strateji obyektlərinə üç silsilə hücum təşkil edib. 

Bəs İsrailin İrana cavabı və regional gərginliklər Üçüncü Dünya müharibəsinə yol açırmı?

Mövzu ilə bağlı Milli.Az-a politoloq Tural İsmayılov açıqlama verib.

O bildirib ki, İsrailin İrana hücum əməliyyatları gözlənilən idi. 

"Bundan əvvəl İsrail İrana cavab verəcəyini bildirmişdi. İsrailin cümədən şənbəyə keçən gecə yarısı şəhərə doğru bu əməliyyatları keçirməyə maraqlı olması diqqət çəkir. İsrail İranın sonuncu təxribatına cavab verdiyini deyib. Ümumi, həm İsraildə, həm də İranda verilən açıqlamalara görə hadisələrin təhlükəsi göstərir ki, İranın dərinliklərinə doğru hücumlar həyata keçirilsə də, çox böyük dağıntılar qeydə alınmayıb. Burada maraqlı nüans ondan ibarətdir ki, İsrail ordusu ilk dəfədir, İran ərazisində bu tip əməliyyatları həyata keçirir. Həm İsrail, həm də İran anlayır ki, onların arasındakı münaqişə qlobal dünyanı təhdid edə bilər və qarşısı alınmaz tendensiya yarada bilər.

Digər tərəfdən, hazırda Rusiya və ABŞ-nin bu münaqişəyə qoşulma ehtimalları yoxdur. Rusiyanın özü Ukrayna ilə aktiv müharibə şəraitindədir. İranla İsrail arasındakı hansısa hərbi tərəf kimi iştirak etmək ehtimalı zəifdir. ABŞ İsraili dəstəkləyir, amma hərbi formada İsraillə birgə döyüş əməliyyatlarına qoşulmasını gözləmək absurd olar".

Politoloq qeyd edib ki, biz üçüncü dünya müharibəsinin fragmentlərini artıq görürük. Həm İsrail-İran, həm də İranın Yaxın Şərqdə Hizbullahla və Həmasla savaşları, eyni zamanda Rusiya-Ukrayna gərginliyi, ehtimalı yüksək olan Şimali Koreya, Çin və Tayvan qarşıdurması üçüncü dünya müharibəsinin astanasında olduğumuzu göstərir. Hər halda, bu gün yer kürəsinin qlobal məsələləri ilə bağlı dünyamızın gələcəyi savaşlar ətrafında fokuslanması üçüncü dünya müharibəsi riskini artırır.

Xatırladaq ki, İran bir müddət əvvəl İsrailə hücum edib. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini "böyük səhv" adlandırıb və bunun İrana baha başa gələcəyini bildirmişdi.

İranın İsrailə hücumunun ikinci dalğası başladı - Yenilənib - VİDEO

Aysel Əkbər
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.