Rusiyada möhkəmləndirilmiş otaqlar (bunker) satışa başlanılıb.
Milli.Az xəbər verir ki, Rusiya "Telegram" kanallarının yaydığı məlumata görə, bunkerlər Voronej şəhərində yerləşir, otaqların 10 kv.metri isə 10 milyon rubl dəyərində qiymətləndirilir.
Bu qiymətin müqabilində isə alıcıya təmiz hava və su, generator vasitəsilə daimi elektrik enerjisi və ərzaqların saxlanılması üçün təhlükəsiz anbarlar təklif edilir.
Milli.Az