Sağlam qida

Suşi yemək təhlükəlidir?

26 Yanvar 2026 21:32
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illərdə Azərbaycanda Yaponiyanın məşhur yeməyi suşi geniş yayılıb.

Milli.Az xəbər verir ki, bəzi insanlar tərəfindən sevilən bu qidanın təhlükəli olub-olmaması hər zaman müzakirə mövzusu olub.

Ekspertlər bildirir ki, suşi əslində düzgün hazırlandıqda təhlükəsizdir:

"Əgər balıqlar idxaldan gəlibsə, onların sağlamlıq aktları, ekspertiza sənədləri var və temperatur rejimi düzgün saxlanılıbsa, təhlükə minimaldır. Suşi evdə saxlanarkən də soyuducuda saxlanmalı və qısa müddətdə istehlak edilməlidir".

Qeyd olunub ki, Azərbaycan bazarında suşilər təqribən 20-50 AZN arasında qiymətlərlə təqdim olunur. Onlar müxtəlif ölçülərdə paketlərdə satılır və yanında zəruri əlavələr də olur.Nəzərə çatdırılıb ki, insanların bu yeməyi sevməyində əsas səbəblərdən biri də balıq məhsullarına əlçatanlığın təmin olunmasıdır.

Dünyada və Azərbaycanda sürətli çatdırılma və ictimai iaşə xidmətlərinin populyarlığı suşinin geniş yayılmasına təsir göstərir.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.