Dünya

Paşinyan İlham Əliyevlə keçirilən görüşdən danışdı

26 Oktyabr 2024 11:17
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyan BRİKS plenar iclasında​ İlham Əliyevlə keçirilən görüşdən danışıb.

Milli.Az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti xəbər yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan "Mülki müqavilə" fraksiyasının deputatları ilə görüş keçirib, o, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların nəticələrini təqdim edib.

Nəşrin qeyd etdiyi kimi, iclas deputatların təşəbbüsü ilə keçirilib və Nazirlər Kabinetinin üzvləri iştirak ediblər. Əvvəlcə Paşinyan çıxış edib, daha sonra parlamentarilər ona sərhədlərin delimitasiyası prosesi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı suallar veriblər.Görüş axşam saatlarına qədər davam edib.

"Deputatların dediyinə görə, Paşinyan onlara yeni heç nə deməyib", - deyə nəşr yazır.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan oktyabrın 24-də Kazanda keçirilən BRİKS+ plenar iclasında iştirak edib. Məhz görüş zamanı Paşinyanla İlham Əliyev arasında fəal dialoq başlayıb, ona iki ölkənin xarici işlər nazirləri də qoşulub.

Nərmin Mahmudova
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.