Şou-biznes

“Nikosayağı” ilə bağlı XƏBƏR: “Porsche” markalı avtomobilin....

19 Oktyabr 2024 21:46
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü "Porsche" markalı avtomobilinin nömrəsinin satış qiymətini aşağı salıb.

Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna nömrənin satış qiymətinin alıcıları qane etməməsi səbəb olub.

Buna görə də, N.Şakirli iki aya yaxındır satışa çıxardığı 10 GR 005 dövlət qeydiyyat nişanının qiymətini 3 min manat endirib.

Təcili satışa çıxarılan nömrə hazırda 13 min manata təklif olunur. Sözügedən dövlət qeydiyyat nişanı qiymət endirimindən əvvəl ilk vaxtlar 16 min manata satışa çıxarılmışdı.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.