Şou-biznes

Həmkarlarından Zülfiyyəyə doğum günü sürprizi - VİDEO

17 Oktyabr 2024 08:43
Baxış: 1 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Səs Azərbaycan" müsabiqəsininin münsiflərindən biri olan sənətçiyə digər münsif həmkarları Xalq artisti Röya Ayxan, Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən Eldar Qasımov və bəstəkar - müğənni Murad Arif sürpriz hazırlayıblar.

Onlar şounun keçirildiyi məkanın kulisində bir araya gələrək Xanbabayevanı ad günü münasibəti ilə təbrik ediblər.

Zülfiyyə həmkarlarına təşəkkürünü bildirib və onun üçün hazırlanan tortun üzərində olan tacı başına qoyub. Daha sonra sənətçilər oxuyaraq şirniyyatdan dadıblar.

Həmin anları isə Eldar Qasımov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.