Xəstəxanaya getmək üçün avtobusa minən hamilə qadın avtobusda uşaq dünyaya gətirib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, anidən sancıları başlayan Hanife Mete adlı qadın yoldaca uğurlu doğuş həyata keçirib.
Qadın uşağı dünyaya gətirərkən əri də yanında olub.
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu avtobusda doğulan uşağa ömür boyu unutmayacağı hədiyyə verib. Belə ki, o, ömürlük pulsuz gediş haqqı qazanıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl buna bənzər hədiyyə Belçikada doğulan körpəyə verilmişdi.
İsmayıl
Milli.Az