Acun Ilıcalı uzun müddətdir birlikdə olduğu sevgilisi Ayça Çağla Altunkaya ilə ötən ay ailə qurub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, alış-veriş zamanı jurnalistlərə yaxalanan Ayça evliliyin çox yaxşı getdiyini deyib.
O hamiləlik xəbərlərinə də reaksiya verib:
"Hələ hamilə deyiləm. Tez-tez bu haqda yazılır, amma hamilə olanda, hər halda elan edərəm. Bunlar bəxt işidir, ən doğru zamanda olmasını istəyirik".
Qeyd edək ki, bu, Ilıcalının 4-cü nikahıdır. Onun digər nikahlarında qız övladları var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun