Şou-biznes

“Təkayaqlılar cütayaqlılara yeriməyi öyrədir” - FOTO

4 Oktyabr 2024 17:02
Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şair və bəstəkar Xanım İsmayılqızı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi tənqidlərlə bağlı sosial şəbəkə hesabında post yayımlayıb.

Tənqidə münasibətinin müsbət olduğunu yazan X.İsmayılqızı bu mövzuda fikirlərini bu sözlərlə nəql edib:

"Tənqid olan yerdə inkişaf da var. Amma baxır o tənqidi kim edir. Haqq məsələsi var. Nədənsə təkayaqlılar, cütayaqlılara yeriməyi öyrədir. Və ya əksinə, qırxyaqlılar, iki ayaq üstə durmağın mükəmməliyindən və gözəlliyindən dəm vurur. Belə olanda həm gülmək həm ağlamaq tutur".

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Səidə Sultan qonaq olduğu "Rəngarəng" verilişində bildirib ki, Xanım İsmayılqızı müəllifi olduğu "Dünya quraq" mahnısını onun "YouTube" kanalından sildirib. Buna səbəb kimi müğənni bəstəkarın yaradıcılıq gecəsində iştirak etmədiyini göstərib.  Bu hadisədən sonra tərəflər arasında münasibətlər soyuyub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.