Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq? – AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin mart-aprel aylarında televiziyalarda yayımlanan yüksək reytinqli bəzi sosial verilişlər tənqid hədəfi oldu. Bu proqramların gənc nəslin tərbiyəsinə, orta yaşlı insanların psixologiyasına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyi, ailə institutunu zədələdiyi deyildi. Ona görə həmin verilişlərin qapadılmalı, efirdən yığışdırılmalı olduğu fikri irəli sürüldü. İlkin olaraq proqramların efir vaxtının azaldılmasına başladıldı.
Bəs bu məsələdə son durum necədir? Ötən mövsümdə tənqid edilən və vaxtı azaldılan həmin verilişlər yeni sezonda bağlana bilərmi? Ümumiyyətlə bu kimi tənqid edilən layihələrə nə kimi alternativlər təqdim oluna bilər?
Milli.Az news24.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, televiziya hər bir vətəndaşın evinə daxil olur, dünyagörüşünə təsir edir:
"İctimai şüura təsir edə bilən ən mühüm vasitədir. Burada ictimai-siyasi proseslər barədə dolğun, düzgün məlumatların yayılması, maarifləndirici proqramların olması vacibdir. Əyləncə xarakterli verilişlərin özü də müəyyən prinsiplərə söykənməlidir. Əyləncəli proqramlar adı ilə yad dünyagörüşlü, yad əxlaqlı, milli-mənəvi dəyərlərə zidd məzmunun yayılması xoş olmayan hadisədir.
Bu baxımdan milli telekanallarda bayağı, ucuz şou proqramların yayımlanmasını əksəriyyət qınayır. Bu verilişlərə çəki-düzən verilməsi yaşadığımız dövrdə daha vacibdir. Çünki qloballaşma prosesi milli dəyərləri ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə bəzi telekanallar milli dəyərlərimizin qorunub saxlanılmasına, modernləşdirilib yeni dövrə ötürülməsinə yardım göstərmək əvəzinə, bayağı verilişlərə yer ayırıb, əksinə hərəkət edirlər".
M.Ələsgərlinin fikrincə, onların öz proqram və efir siyasətlərində dəyişiklik etmələri zəruridir:
"Bu kontekstdə yanaşsaq, bu ilin əvvəlində açılan müzakirələri, şou xarakterli verilişlərin tənqid edilməsini yüksək dəyərləndirirəm. Amma o da faktdır ki, 10 illər ərzində formalaşmış yanlış efir siyasətini bir günün içində kökündən dəyişmək imkansızdır. Bu cür dəyişikliklər peşəkar kadr resursuna, maddi imkanlara və sair zəruri elementlərə bağlıdır. Yəni, yeniləşmə təkcə efir siyasətindən asılı deyil, həm də resurslara bağlı bir məsələdir. Bu baxımdan hesab edirəm ki, əyləncə xarakterli peşəkar proqramların ərsəyə gətirilməsi zaman alacaq. Əsas budur ki, ortada yeniləşməni tələb edən ictimai sifariş və bu sifarişi real dəyərləndirən telekanallar vardır. Tendensiya varsa, nəticəsi də olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır





