“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün populyar olan, müğənnilərə böyük pullar qazandıran bir çox musiqilər var ki, qəbul etsək də, etməsək də, böyük kütlələr tərəfindən rəğbətlə qarşılanır.
Belə mahnılara görə musiqiçilərimiz iki cəbhəyə bölünüb desək, yeri var. Bəziləri deyir ki, xalq sevirsə, demək bu mahnı keyfiyyətlidir və bəlkə elə nə zamansa, illər sonra o da xalq mahnısı statusu alacaq.
Bir çox sənətkarlar isə hesab edirlər ki, bayağı mahnılar insanların, xüsusilə gənc nəslin zövqünü korlayıb, mənəvi korroziya yaradır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a açıqlama verən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev bildirib ki, müasir musiqilərin hamısına pis demək mümkün olmasa da böyük əksəriyyəti bayağılığı, bəsitliyi ilə qulaq yorur.
"Bayağı mahnılar 100 il keçsə də xalq mahnılarımızla eyni səviyyədə ola bilməz. Düzdür xalq mahnılarının da müəllifləri yoxdur, xalq sənətkarları tərəfindən bəstələnib. Lakin onların sözləri də, musiqisi də bir birini tamamlayır, bəsitlik yoxdur. Məsələn "Qubanın ağ alması" mahnısındakı "Yarım gələnə qalıb, Yaramın sağalması" misraları hara, "Səni sevdim mən, məni sevmədin sən" hara?
Mahnının sözlərində dərin fəlsəfə olmalıdır, duyğu olmalıdır. İndi populyar olan mahnıların çoxunun melodiyası orardan - buradan oğurlanmadır, sözləri bir-birinin təkrarıdır. Sevinirəm ki, muğamlarımıza, xalq yaradıcılığına dövlət tərəfindən böyük diqqət ayrılır, onların yaşadılıb, nəsildən - nəsilə ötürülməsi üçün işlər görülür. Ona görə, musiqimizin gələcəyindən qorxum yoxdur",- deyə Xalq artisti bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





