“İstəməzdim ki, o videolar yayılsın... ”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin balta atdığı mühafizəçi ilk dəfə canlı yayıma çıxaraq məsələnin detallarını açıqlayıb.
Belə ki, "MedEra" klinikasının əməkdaşı Nurəddin Cəlilov barışıq təklif edib. O, Xalq artisti barışığa gəldiyi təqdirdə bunu qəbul edəcəyini açıqlayıb.
Milli.Az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, məsələnin təfərrüatlarını bilmədən kənarda rəy vermək asandır, lakin bu məsələdə hər iki tərəfi başa düşmək lazımdır:
"Mən Ağadadaş Ağayevlə bağlı yayılan görüntüləri görəndə çox pis oldum. Hər iki tərəf çalışmalı idi ki, məsələ o dərəcəyə gəlib çatmasın. Kənarda dayanıb davaya baxanlar isə məni daha çox üzdü.
Düşünürəm ki, hər iki tərəfin də özünə görə səbəbləri olub, səbrsizliklərinin, əsəbi olmaqlarının kökündə nələrsə dayanıb. Ağadadaş müəllim naxoşdur, canı ağrıyırmış, həmin an tibb bacısı çağırtdırmaq istəyibmiş. Onun köməyə daha çox ehtiyacı var imiş. Yəqin ki, həmin an mühafizəçi ilə aralarında anlaşmazlıq olub, sonra bu təhqirə, daha sonra isə əlbəyaxa davaya çevrilib. Bizim söhbətdən tam xəbərimiz yoxdur, kiminsə haqqında məsələni bilmədən danışmaq, onu müzakirə etmək doğru iş deyil. Məsələni bilmədən kiminsə haqqında rəy bildirmək ən asan işdir. Allah şeytana lənət etsin!
Hər iki tərəf özündən çıxıb, kontrolunu itirib. Amma gərək səbrli olasan. Mühafizə xidmətləri daha səbrli olmalıdır, qolunda güc var deyə hər mübahisədə qarşı tərəfə hücum etməməlidirlər. Əgər mühafizəçi səbrlə və ya kəskin bir sözlə mübahisəni həll etməyə çalışsa idi, məsələ bu yerlərə gəlib çıxmazdı".
Sənətçi bu məsələnin barışıqla həll olunmasının tərəfdarı oldunu bildirib:
"Fikrimcə, bundan sonra hər iki tərəf bir-birinə güzəştə getməlidir və barışmalıdır. Çünki Allah bağışlayanlarlı sevir. Böyüklük Ağadadaş müəllimdə, kiçiklik isə həmin mühafizəçi qardaşda qalmalıdır, çünki mühafizəçi yaşda da ondan kiçikdir. Hər iki tərəf məsələni sakitliklə həll etməlidir.
Həmin an mühafizəçi bəlkə də yuxusuz olub, Ağadadaş nüəllimin də canı ağrıyıb əsəblər tarıma çəkilib və dava baş verib, lakin məsələni sakit başla barışıqla yoluna qoymaq mümkündür. Həyatda hər şeyi sakitliklə həll etmək mümkündür, ölümdən başqa hər şeyə çarə var. Şükür Allaha ki, ölüm-itim yoxdur, məsələ salamatlıqla bitib.
Sadəcə heç istəməzdim ki, sənətkarın o cür videoları yayılsın. Düşünürəm ki, həmin videolar sosial şəbəkələrdən silinsə, çox yaxşı olar. Səhifə adminlərinə, jurnalistlərə bunu heç yaraşdırmıram. Bu videolar birdəfəlik hər yerdən silinsə, yaxşı olar. Biz sənətkarın mahnıları ilə böyümüşük, xoş günlərimizdə onun mahnılarına rəqs etmişik, sevmişik, məsələni sülhə bağlamaq yaxşı olar deyə düşünürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





