Ağadadaşın hücum etdiyi mühafizəçidən ilk açıqlama: "Mənə dedi ki, ermənidən..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi canlı efirdə açıqlama verib.
Milli.Az sfera.az-a istinadla bildirir ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməyi olub.
"Hadisə səhər saat 8ə qalmış baş verib. Mən MedEra hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt, yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl?" , - deyə qışqırmağa başladı. Daha sonra o yenə söyüşlərə davam etməyə başladı."
Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o əlində balta MedEra hospitalının həyətinə doğru irəliləməyə başlayıb: "Mən həmin vaxt öz işimlə məşğul idim. Bi də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz" ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O yenə nalayiq ifadələr işlədir və mən henə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
XƏBƏR LENTİ
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı





