Ali təhsili olan məşhurlar kimdir? - Həkim, tarixçi, hüquqşünas, müəllim...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənardan baxan hər kəs onların rəngarəng, əyləncəli, gəlirli hesab olunan peşələrinə həsəd aparır. Səhnənin cazibəsi, parıltısı o qədər bizi cəzb edir ki, ani olaraq "Kaş ki, səsim olaydı, mən də müğənni olardım" deyə düşünmədən keçmirik.
Odur ki, səhnədə gördüyümüz "ulduzlar"ın bəziləri bu işin təhsilini alsa da, bəziləri başqa peşələrdən istedadına güvənərək bu yolu seçib. Şou-biznesdə ali təhsilli müğənnilərin sayı kifayət qədər çox olsa da, təəssüf ki, bəzilərinin ümumiyətlə heç bir ali təhsili yoxdur.
Milli.Az bildirir ki, Azxeber-in bu dəfəki araşdırması sənət adamlarının həqiqi peşələrindən olacaq.
Xalq artisti Ağadadaş Ağayevin əsl peşəsinin müəllimlik olduğunu bilirdinizmi?
O, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1977-1983-cü illərdə isə Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.
Mərhum əməkdar artist Baloğlan Əşrəfov isə 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra 5 il kənd məktəbində müəllim kimi çalışıb.
Müğənni Elnarə Xəlilova da müəllimlik fakültəsini bitirsə də, fəaliyyətinə müğənniliklə davam edən məşhurlardan biridir. O, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Elnarə həmçinin tibb bacısı diplomuna da sahibdir.
"Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurluq qazanan Əməkdar artist Lalə Məmmədova da ixtisasca müəllimədir. O, Azərbaycan Dövlət Dillər Universitetinin filalogiya fakultəsini bitirib, həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. O, Aviasiya Akademiyasında dərs deyib.
Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, ixtisasca həkimdir.
Sənətə hind rəqslərinin ifaçısı kimi qədəm qoyan Oksana Rəsulova ali təhsilini tibb sahəsində alıb. O, ixtisasca ginekoloq və dəri zöhrəvi həkimidir. Hazırda isə aktyorluq sahəsindəki bacarıqlarını genişləndirən aktrisa, bir çox tamaşalarda rol alır.
Aparıcı Nanə Ağamalıyeva da ixtisasca həkimdir. O, Tibb Universitetini bitirib və diş həkimidir. Heç zaman öz ixtisası üzrə çalışmayıb.
Xalq artisti Faiq Ağayev ilk olaraq Tibb İnstituna daxil olsa da, sonra təhsilini yarımçıq qoyaraq musiqiyə yönəlib.
"Yeni ulduz" yarışması ilə səhnələrə ilk addımını atan Elnar Xəlilov da ixtisasca diş həkimidir. O, hazırda müğənnilik ilə yanaşı, klinikaların birində öz peşəsini də sevərək icra edir.
Əməkdar artist Abbas Bağırov Tərtər rayonunda yerləşən Maliyyə İqtisad Kollecində təhsil alıb və bir müddət bu sahədə çalışıb.
Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.
İradə İbrahimova iki ali təhsil alan müğənnidir. O, ilk olaraq Azərbaycan Milli Konservatoriyasının solooxuma fakültəsində təhsil alsa da, daha sonra Azərbaycan Dillər Universitetini bitirib.
Son zamanlar ulduzu parlayan müğənni Nərmin Kərimbəyova ixtisasca hüquqşünasdır. Uzun zaman bu sahədə çalışsa da, istedadı onu səhnələrə gəlməyə vadar edib.
Xatirə İslam isə əvvəlcə Tibb Texnikumunun tibb bacısı peşəsinə yiyələnsə də, sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Avroviziya təmsilçilərimizdən Eldar Qasımovun əsl peşəsi isə Alman dili müəllimliyidir.
Tanınmış meyxanaçı Rüfət Nasosnu da ixtisasça tarixçidir. O məktəblərin birində tarix fənnindən dərs deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var





