Şou-biznes

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

25 Aprel 2024 08:55
Baxış: 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Conni Depp yerli studiyaların "birdəfəlik" filmlərini tənqid edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, son müsahibəsində Hollivudu büdcəyə işləyən, lakin mənası olmayan, tez unudulan filmlər çəkdiyinə görə "yıxıb sürüyüb".

"Bu filmlər birdəfəlikdir və insanlar bunu başa düşürlər. Bu filmlərin büdcələri gülüncdür. İki çox məşhur aktyora milyonlar verib pullar tökürlər, filmə bir dəfə baxıb doyursan. Bu əsl sənət deyil", - o qeyd edib.

O, insanların artıq belə filmlərdən bezdiyi fikrini bildirib. Eyni zamanda, Depp Hollivudu tənqid etdiyinə görə peşman olmadığını, Hollivud filmlərində iştirak edərək böyük kinoya qayıtmağı planlaşdırmadığını deyib. Aktyor hesab edir ki, Hollivud  filmləri artıq tənəzzülə uğrayıb.

Qeyd edək ki, Conni Depp arvadı ilə qalmaqallı boşanmadan sonra iftiraya uğramış, buna görə Hollivudda ona qarşı sanskiyalar tətbiq edimişdi. Aktyor uzun illər sonra filmə Britaniyada çəkilərək yenidən karyerasına davam edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.