Şou-biznes

“Ebrunun istəyi ilə “Popstar”dan çıxarıldım”

16 Aprel 2024 07:00
Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Ülviyyə Tağıyeva illər sonra "Popstar Alaturka" yarışması ilə bağlı şok açıqlamalar verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, "Özəl mətbəx" proqramında qonaq olarkən danışıb.

Ülviyyə deyib ki, münsiflərdən Ebru Gündeşin sözü ilə yarışdan çıxarılıb:

"Yarışmadan sonra travma yaşadım. Sonradan deyildi ki, heç səsvermə olmayıb. Faizlə səs verildiyini göstərsələr, belə yalan imiş.  Münsiflərdən birinin istəyinə görə yarışmadan çıxarıldım. Ebru Gündeş məni istəmədi, qəti şəkildə dedi ki, çıxsın, getsin. Kulisdə isə mənim konsertdə oxuyacağım mahnını zümzümə edirdi". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.