Şou-biznes

Rafael İskəndərovun anası bu tanınmış şəxsin müəlliməsi imiş - FOTO

7 Mart 2024 22:28
Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rafael İskəndərov "Səma ilə görüş" filminin qala gecəsində anasını aktyor İlkin Həsəni ilə görüşdürüb.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, onun anası məktəbdə Həsəninin riyaziyyat müəllimi olub.

"İllər sonra anam məktəbdə riyaziyyatdan dərs dediyi şagirdi İlkinlə görüşdü", - deyə, İskəndərov paylaşımında yazıb.

İlkin Həsəni Əməkdar artistin paylaşımına "Zariya mülliməm. Allah cansağlığı versin. 98-99-cu illərdə bu xanımın sayəsində bütün sinfimiz "Bala Başa Bəla" teletamaşasını əzbər bilirdi" şərhini yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.