99 yaşında vəfat edən xalq artistimizdən ailəsi niyə imtina edib?- Zeynəb Xanlarova ona mane olurdu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çox təəssüf ki, Leyla xanım dünən rəhmətə getdi. Mən onun nəvəsi ilə danışdım. Leyla xanımın ögey qızının nəvəsi idi mənimlə danışan. Ömrünün son illərində Almaniyanın Düsseldorf şəhərində yaşayırdı. İki il idi ki, xəstə idi. Son aylarda isə ağır alzaymır xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanada qalırdı deyilənə görə. Almaniyada tək yaşayırdı, sığınacaq almışdı. Ailəsi ilə problemləri var idi, ondan imtina etmişdilər. Bunu ömrünün son gününə qədər sirr saxlayıb, heç kimə bildirməyib"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında "Təbriz mahnıları" səhifəsinin rəhbəri, Təbrizdə yaşayan Əmirəli Qızıllı deyib. O daha sonra xalq artisti Leyla Şərifova ilə bağlı xatirələrini bölüşüb.
"Kommunizm mühitində böyüyüb boya-başa çatmışdı. Birinci həyat yoldaşı dünyasını dəyişəndən sonra onun qarşısına məqsəd qoyurlar ki, Bakını tərk etsin. Ondan sonra ağır xəstələnir, depressiyaya düşür. İrana, Məşədə gəlir və orada yaşayır. İkinci həyat yoldaşı Leyla xanımı İrandan Tacikistana qaçırdır. Çünki İranda şah dövrü idi, onun zülmündən hamı qaçırdı. Bakını çox sevirdi. Hətta danışığımızda hər zaman böyük fəxrlə və qürur hissi ilə deyirdi ki, mən Bakılıyam. Hamı nədənsə onu Tacik yaxud İranlı bilirdi. Atası izmirli, anası isə azərbaycanlı idi. Leyla xanım Bakıda doğulub, boya-başa çatıb. 1970-ci illərdə Leyla xanım Tacikistandan yenidən Azərbaycana qayıdır. Lakin ona meydan verilmir. Deyirdilər ki, xüsusilə də Zeynəb Xanlarova onun sənətdə qarşısını kəsib, mane olub. Ona görə də Leyla xanım Tacik və İran müğənnisi kimi tanınıb. Almaniyada yaşayan tacik və iranlılar onu farslaşdırmağa çalışıblar, Leyla Şərifovanın onlara aid olduğunu bildiriblər. Leyla xanım farsca yaxşı bilirdi. Flora Kərimova, Rübabə Muradova ilə yaxın rəfiqə olduğunu deyirdi. Leyla Şərifova Almaniyada yaratdığı "Gülşən" mahnı ansamblına rəhbərlik edib. 2011-ci ildə Tacikistan prezidenti Emoməli Rahman Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub" deyə müsahibimiz bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)





