Cavanşir: “Atamı kostyumda dəfn etmişik, mənim də vəsiyyətim belədir” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sağikən vəsiyyət etmişəm... Atam da sənət insanı olub. O, çox böyük sənətkar olub. Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Bəli! Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı atamı kostyumda dəfn ediblər".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Gəl danış" ictimai-sosial verilişində deyib.
Sənətçi mollaların canlı deyil, fonoqramla azan oxumasına irad bildirib:
"Dahi bəstəkar Üzeyir Hacıbəyovu da kostyumda dəfn ediblər. Böyük xadimləri necə dəfn edirlər? Biz toyda peşman olarıq ki, bir dənə fonoqram oxuyaq. Səs ola bilər ki, xəstə olsun. Bəs, molla necə olur ki, hər səhər saat 06:00-da, gündüz 13:00-da, axşam saat 20:00-da azanı fonoqramla oxuyur? Amma ona bir adam buna görə irad tutmur ki, qardaş, çıx mikrofonla, azanı canlı oxu. Türkiyədə azanı dinləyəndə insanın tükləri biz-biz olur, amma bizdə... Heç bilmirəm necə olur. Savadsızlıq və elmsizlik bizi bax, bu günə salıb".
Cavanşir yas mərasimlərini "xor akapellası"na bənzədərək, orada insanların hüzur içində olmadığını, əyləndiyini vurğulayıb:
"Nadir Qafarzadə çox düz deyib, "Mən öləndə heç kim dəfnə gəlməsin". Yas yerinə mərhuma yaxın insanlar gəlməlidir. Əmioğlu, dayıoğlu, əmiqızı, əmioğlunun gəlməsinə gərək yoxdur. Tökülüşüb yasa gəlirlər. Həmin o yas yerində bir dənə araq çatmır, hamı yeyir, içir, noğuldan atır ağzına başlayır söhbətə ki, "Filan müğənnini kim saxlayır? Filan müğənni kimlə görüşür?" Molla görür ki, yas "xor akapellasına" bənzəyir, orada öz iradını insanlara bildirir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





