“Televiziya kazino deyil ki, oradan pul qazanasan“ - Nailə İslamzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Nailə İslamzadə "Onunla açıq söhbət" verilişində qonaq olub.
Milli.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı televiziyaları tənqid edib. N.İslamzadə sosial proqramlardan söz açaraq orada işıqlandırılan məsələləri şou adlandırıb:
"Bütün aparıcıları eyni sıraya düzmək olmaz. Yaxşıları da var. Sadəcə bir neçə proqram var ki, ən baxımlı vaxtda gedir və çox uzun efir saatını zəbt edir. Orada çox böyük düzəlişlərə ehtiyac var. Bir də səhər verilişlərində düzəlməli olan nüanslar var. Ümumi götürəndə vəziyyət o qədər də pis deyil. Sadəcə onlar daha çox baxılır deyə səhv də çoxdur.
Nəyi çox göstəririksə, onu da təbliğ edirik. Hazırda insanları qıcıqlandıran sosial proqramlarda baş verənlərdir. Mövzu yoxdur, nə baş verir bilinmir. Bizim Azərbaycan ailəsi bundan ibarət deyil. Biz daha çox yaxşını göstərməliyik. Problemlər qoyulmalıdır, amma o formada yox. Həll yolları yanlışdır. Tam məsuliyyətimlə deyirəm, son zamanlar efirdə baş verənlərə ümumiyyətlə baxmaq mümkün deyil. Bunu yığışdırmaq lazımdır. Bu bizim mənəviyyatımıza, milli mənliyimizə toxunanan şeylərdir. Biz onlardan ibarət deyilik. Bu, şoudur. Hərkəsin problemi var. Həmin problemlərdən şou düzəltmək olmaz. Televiziyada şou əlamətləri olmalıdır. Çünki hər şeyi olduğu kimi vermək olmaz. Amma insan taleyindən şou düzəlmək düzgün deyil. Bu, ora gələn insanları alçaldır. Özəl televiziyalar pul qazanmalıdır. Onlar öz hesablarına maaş verir, maliyələşirlər. Lakin televiziya kazino deyil ki, oradan istədiyin qədər pul qazanmağa çalışasan. 500 işçi saxlaya bilmirsən, 400 et. Milli mentalitet sözünü o qədər ucuzlaşdırıblar. Bu, mənəviyyatımızı alçaltmaq, gələcək nəsillərə zərbə vurmaq hesabına olmamamalıdır. Sosial proqramları aparan aparıcıları pisləmirəm. Kənardan baxanda daha yaxşı bilinir. Müəyyən yox, çox düzəlişlər aparılmalıdır. Bunu artıq etmək lazımdır. Bundan oyanası yoxdur.
Əyləncəli proqramaları, həmin sosial verilişləri daha yaxşı, davasız etmək olar. Təsəvvür edin, ekspert oraya gələn qonaqla əlbəyaxa davaya çıxır. Bu işdən kim məsuldursa, onlar daha çox düşünsələr yaxşı olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən böyük divar rəsmi ilə Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
-
Artıq şəhərləri bu bitki ilə işıqlandıracaqlar: Çindən ekoloji inqilab
-
Engin Altan Düzyatan yeni serialda
-
136 yaşındadır, 27 oğlu, 7 qızı və 500-dən çox nəvəsi VAR - VİDEO
-
Aygün Kazımovanın yanında yeganə qəmli KİŞİ - VİDEO
-
Gənc qız sevgilisinə evlilik təklifi ETDİ - VİDEO
-
“Hələ onları bizə örnək göstərirlər”
-
Mal ətindən daha dadlıdır, amma bu barədə az adam bilir
-
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir
-
İranda 88 gündən sonra internet qismən bərpa olundu
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bayram tətili başlayıb
-
Günün qoroskopu: Bu gün yaradıcılıq potensialınız olduqca yüksəkdir
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Dolu maşınlara belə ziyan vurdu - VİDEO
-
Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı





