Şou-biznes

Repin "anası" ilə "atası" barışdı: Cəmilə Anar Nağılbaza barışıq əli uzatdı!

20 May 2010 17:13
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli repində özünü "ana" kimi qiymətləndirən estrada müğənnisi, "Elit star" təxəllüslü Cəmilə İskəndərova, "repin atası" Anar Nağılbaza barışıq əlini uzatdı. "Maşın" realiti-şousunun 10-cu "Transformer" sürətində iştirak etdikləri zaman köhnə palan içi tökən cütlük, şou-zamanı aralarındakı anlaşılmazlığa aydınlıq gətirməyə müvəffəq olmasalar da, hər ikisi verdiyi müsahibələrində bir-birilərinin ünvanlarına olduqca tənqidi fikirlər səsləndirdilər.

Amma Cəmilə, yenə susmadı. Bu dəfə Anarla barışdığını bəyan etmək üçün Milli.Az xəbər portalı ilə əlaqə saxladı: "Nəinki mən, bütün Azərbaycan tamaşaçıları onu "repin atası" kimi qəbul ediblər və bundan sonra o, tarixə məhz bu adla düşəcək. Onunla düşmənçilik aparmaq niyyətim də yoxdur. Anar, çox savadlı və siyasətcil reperdir. Həm də ziyalı bir ailənin övladıdır. Hər ikimizin ayrı-ayrı yolları var. Mən repdən uzaqlaşmışam. Öz üslubumda yaradıcılığımı davam etdirirəm. İstəmirəm ki, realiti-şouda baş verən xoşagəlməz insidenləri, bundan sonra da davam etdirək.  Mən Anarın xətrini çox istəyirəm. Qoy mənim bu sözlərim bir barışıq ismarıcım olsun" - deyə Cəmilə İskəndərova vurğuladı.

Öz nöbəsində Anar Nağılbaz da Milli.Az-açıqlamsında, Cəmilənin bu təklifinə müsbət reaksiya nümayiş etdirdi: "Mən ümumiyyətlə, heç kimə qarşı kin saxlaya bilmirəm. Açığını deyim ki, şounun digər iştirakçılarından fərli olaraq, Cəmilə xanım olduqca mərd addım atdı və mənimlə açıq mübarizəyə qoşuldu. Əgər, o, mənimlə barışmaq üçün əl uzadırsa, mən də bu ismarıca hörmətlə yanaşıram. Və etiraf edirəm ki, hirsli olduğum üçün, onun ünvanına bəzi sözlər işlətmişəm. Oldu keçdi" - deyə Anar bildirdi.

Məlumat üçün bildirək ki, Milli.Az vasitəsi ilə baş tutan barışığın davamı bu axşam Lider TV-nin canlı efirində kuliminasiya nöqtəsinə çatacaq. Belə ki, realiti-şouya qonaq qismində qatılacaq "Elit star", repin atasına olan sevgisini, tamaşaçılara da çəkinmədən söyləyəcək.

Şahin Cavadsoy
Milli.Az

Uyğun linklər:

Anar Nağılbaz: "Cəmilə repin anası yox, estradanın balotasıdır"

Müğənni Cəmilə: "Repin anası olduğumçün Anar Nağılbaz məni "vurur"..." - FOTOSESSİYA

Anar Nağılbaz: "Öz qruplaşmamı yaradanda ilk "hə" deyən Hüseyn Dərya oldu, amma sonra ikiüzlülük elədi"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.