Şou-biznes

Rəqqasənin 70 minlik telefonunu götürüb qaçdılar - FOTOlar

11 Dekabr 2023 16:43
Baxış: 2 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtini gəzməyə çıxaran məşhur türkiyəli rəqqasə Didem Kınalının 70 min lirə dəyərində cib telefonunu oğurlayan 3 nəfər saxlanılıb.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, polis əməkdaşları şübhəliləri elə yoldaca ələ keçirib.

Polisdən verilən açıqlamaya görə, onların rəqqasəni izlədiyi anlar kameraya düşüb. Bundan sonra əməliyyat-axtarış nəticəsində 3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, hadisə ötən gün saat 21:30 radələrində Beyoğlu Cihangirdə küçəsində baş verib. Əldə edilən məlumata görə, ki nəfər gecə saatlarında itini gəzməyə çıxaran 37 yaşlı rəqqasəni izləməyə başlayıb.  Adamlar bir müddət qadının arxasınca düşüb və evinə girərkən onun 70 min lirəlik mobil telefonunu əlindən alıblar. Qarətçilər hadisədən sonra dərhal hadisə yerindən qaçıb. Həmin şəxslərlə işbirliyində olduğu aşkarlanan şəxs Kınalıya "Pul qarşılığında telefonu gətirərəm" deyib.

Mahmud
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.