Əməkdar artist üzr istədi: "Sözlərim yanlış anlaşılıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Əməkdar artist Sevinc Sarıyevanın "Rəngarəng səhər" verilişində dediyi sözlər qalmaqala səbəb olub. Belə ki, bəzi saytlar müğənninin tamaşaçıları təhqir etdiyini, "tamaşaçı bizə aşağıdan yuxarı baxır. Bizsə tamaşaçıya yuxarıdan aşağı baxırıq. Bu nə deməkdir? Yəni biz şahıq"- dediyini yazıb.
Milli.Az xəbər verir ki, bununla bağlı "525.az"a açıqlama verən sənətçi sözlərinin kontekstdən çıxarıldığını iddia edib:
"Verilişdə aparıcı mənə dedi ki, bəzi müğənnilərin özlərini aparmaq tərzinə görə tamaşaçılar bu sənətin daşıyıcılarına təlxək kimi baxırlar. Düzü, bu söz mənə çox təsir elədi və orada dedim ki, müğənnilik, musiqiçilik heç də aşağı sənət deyil. Bizim işimiz təkcə oxumaq deyil, bu sənətin tanınmış mütəxəssisləri, musiqişünasları, elmlər namizədləri, professorları var. Mən özüm də hazırda elmi iş üzərində işləyirəm. Bu sənət şah sənətidir. Əgər hansısa tamaşaçı bizə təlxək kimi baxırsa, onda biz o tamaşaçıdan yuxarıda dayanırıq. O bizə aşağıdan yuxarı baxır.
Sonra da üzümü həmkarlarıma tutaraq dedim ki, bu sənətin adını batırmaq olmaz. Mən bütün sənətçilərə deyirəm, xahiş edirəm, bu sənətin adına layiq hərəkət edin. Azərbaycan musiqisinin adını batırmayın".
Əməkdar artist Sevinc Sarıyeva onun adı ilə yazılmış sözlərdən inciyən tamaşaçılardan yanlış anlaşılmaya görə də üzr istəyib:
"Bizi biz edən tamaşaçılarımızdır. Mən ötən il üç konsert verdim, üçündə də anşlaq oldu. Tamaşaçı bilet alıb konsertimə gəlir, sənətimi dəyərləndirir, mən necə ona qarşı hörmətsiz ola bilərəm?! Təəssüf edirəm ki, verilişdə dediyim sözlər konteksdən çıxarıldı və bu cür təqdim edildi. Buna görə bütün tamaşaçılarımdan üzr istəyirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





