Röya: "Dostumun evində qaldım, paltarını da geyindim" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb.
Milli.Az bildirir ki, pop ulduz bu barədə Arb TV - də yayımlanan aparıcı Kazım Sübhanın "Özəl" proqramında məlumat verib.
R. Ayxan deyib ki, indi çatdığı zirvəyə heç də asanlıqla gəlməyib:
"Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi. Tək geyim, danışıq rol oynamadı. Doğrudan da 300 mahnıdan 250-i hit oldu. 16 yaşdan 42 yaşa qədər. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim. Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim".
Sənətçi həmçinin Kazım Sübhanın onu "Böyük ulduz" , Tarix Əliyevin "Rəqibsiz ulduz" deyə təqdim etməsinə münasibət bildirib, ləqəblərin onun üçün maraqlı olduğunu söyləyib:
"Röya kifayətdir, amma digərləri də maraqlıdır. Məsələn, ötən dəfə "rəqibsiz ulduz" dedilər. Çünki mən özüm özümləyəm. "O niyə belə elədi, mən niyə qaldım", deyə, - düşünmədim. Öz işimdəyəm, öz yolumdayam ...".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)





