Şou-biznes

Xoşqədəmdən qalmaqallı sözlər: “Nadir hallarda kişilərə yazığım gəlir” - VİDEO

10 Noyabr 2023 02:20
Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərinə xidmət etməyən qadına görə canlı yayımda ortalıq qarışıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə "Səni Axtarırram" proqramında baş verib. 

Belə ki, studiyaya gələn kişi arvadından gileylənib: 

"Mən evlənməyimə peşmanam, nə qab yuyur, nə yemək bişirir, nə paltar yuyur. Mən paltarlarımı özüm yuyuram". 

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı eşitdiklərindən təəccübünü gizlədə bilməyib: 

"Sən paltarlarını özün yuyursan? Mənim nadir hallarda kişilərə yazığım gəlir, amma bu kişiyə yazığım gəldi.  Bu yazıq kişi paltarını da özü yuyur, ay qız niyə ağlayırsan?! Qadınsan qadınlığını elə də!".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.