Türkiyəli aktrisa Özgü Kaya ilə sevgilisi, aktyor Eren Örenin ayrıldığı iddia edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın uzun müddətdir birgə paylaşım etməməsi olub. Bundan başqa, ikili sosial media hesablarında bir-birini də izləmir. Tərəflər məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Özgü və Eren hazırda "Üç kız kardeş" serialında "Türkan" və "Mustafa" obrazlarına həyat verirlər.
Milli.Az