Şou-biznes

Məşhur cütlük konsertə görə ayrı qalacaq - FOTO

6 Noyabr 2023 10:18
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur aktyor İlker Kaleli idmana gedərkən görüntülənib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, jurnalistlərin suallarını cavablayıb:

"İşlərimə davam edirəm. Öykü Karayellə birlikdə bir layihəyə başlayacağıq. İki-üç dəfə görüşdük. Çox şirin insandır, yaxşı münasibətimiz var".

39 yaşlı aktyor sevgilisi müğənni Sılanın xarici konsertlərindən danışıb:

"Sıla işlə bağlı bir müddət uzaqda olacaq. Yəni bir müddət ayrı qalacağıq. İşimiz bunu tələb edir. Hazırda ikimiz də çox məşğuluq. Mənim yeni layihələrim var. Sıla isə mahnı yazır. Buna rəğmən bir-birimizi daha çox görməyə çalışırıq".

Qeyd edək ki, məşhur cütlük 2 ildən çoxdur ki, münasibətdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.