Rusiyalı müğənni-bəstəkar Qriqori Leps nikahdankənar oğlu olduğunu etiraf edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi kanalların birinə müsahibəsində bildirib. O, övladını həyatında yalnız bir dəfə gördüyünü və onunla ünsiyyət qurmadığını qeyd edib:
"Əlaqə qurmağın heç bir mənası yoxdur. Artıq böyüyüb, gözəl ailəsi və işi var. Əslində məşhurlar da daxil olmaqla bir çox insanın nikahdankənar övladı var. Lakin hamı bunu etiraf etməyə hazır deyil".
Milli.Az