Şou-biznes

Selena Qomez İsrail-HƏMAS qarşıdurmasından yazdı: "Kaş mən bunu bacarardım..."

4 Noyabr 2023 01:35
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnstagram" hesabında təxminən 430 milyon izləyicisi olan aktrisa və müğənni Selena Qomez ilk dəfə İsraillə Həmas arasında baş verənlərdən danışıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bir çox məşhur məsələ ilə bağlı fikirlərini bölüşərkən, 31 yaşlı Qomezin susması diqqət çəkib.

Qomez sosial media hesabında bu barədə paylaşım edib:

"Bütün bu dəhşət, nifrət, şiddət və qorxu məni çox kədərləndirdiyi üçün bir müddət sosial mediadan uzaq oldum. Bütün insanları, xüsusilə də uşaqları qorumalı və yaxşılıq adına şiddətə son qoymalıyıq. Sözlərimin və ya bir heşteqimin kifayət etməyəcəyi üçün çox təəssüflənirəm. Günahsız insanların yaralanmasını seyr etməyə dözə bilmirəm. Kaş mən dünyanı dəyişə bilərdim, amma sosial mediada yazılanlar bunu etməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.