Şou-biznes

Talıb Tale buna görə nişanını geri qaytarıbmış

2 Noyabr 2023 14:57
Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Talıb Tale nişanını qaytarma səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan sənətçi aralarında sevgi olmadığını və buna görə ayrıldıqlarını bildirib.

Talıb "Sevgi yox idi? Nişanı qaytarmağının səbəbi sevgisizlik idi? Barışıq ola bilər" sualına "Sevgisizlik olub. Onunla bağlı heç bir məlumatım yoxdur. Barışıq ola bilməz" cavabını verib. 

Evlənmək istədiyini deyən ifaçı artıq namizədinin də olduğunu etiraf edib:

"42 yaşım var. Evlənmək üçün mənə yaxşı qız lazımdır. Bir nəfər var, düşünürəm. Uzaq qohumumdur. Niyə də 20 yaşlı xanımla evlənməyim ki? Görünüşə baxmıram. Amma əsas kök yox, arıq olsun. Çox diqqət istəməsin. Diqqət tələb etmək mənim diqqətsizliyimə səbəb olar. Aktiv, dünyagörüşü olan xanımı xoşlayıram. Passiv birini sevmirəm. İnstaqramı da, TikTok-u da ola bilər, amma çərçivədə. Sevgi ilə ailə quranlar var ki, ayrılıb. Məntiqlə ailə quranlar var ki, indi xoşbəxtdirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.