Şou-biznes

Narkotik aludəçisi olan model xəstaxanaya yerləşdirildi

1 Noyabr 2023 11:53
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Təhminə müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Bu haqda aparıcı Elgiz Əkbər proqramında deyib. "Elgizlə izlə" verilişinə virtual qoşulan Təhminə bir neçə gündür müalicəsinin başladığını söyləyib. 

Qeyd edək ki, Təhminə İngiltərə vətəndaşı olan iş adamı ilə ailə qurub. Həmin şəxs Təhminəyə çox sayda evlər alıb. Modelin həmin bəydən övladı dünyaya gəlib. O bildirib ki, narkotik istifadə etdiyi üçün həyat yoldaşı ondan ayrılıb. Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı. Təhminə Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski kimi sənət adamlarının klipində çəkilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.