Şou-biznes

Sevilən aktyor yaxşılıq etdiyi adamdan ölüm təhdidi aldı - FOTO

28 Oktyabr 2023 11:11
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyən sevilən aktyoru Erdal Özyağcılar Beşiktaşda bir məkanda işləyən gəncə yardım etməsinin qarşılığını ölüm təhdidi ilə alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla əlaqədar ustad aktyor prokurorluğa müraciət edib.

Onun sözlərinə görə, O.T. adlı şəxsə maddi vəziyyətinin ağır olması ilə əlaqədar mütəmadi yardımlar edib. Ancaq bir müddətdən sonra kömək eləməyi dayandırıb. Bundan sonra O.T. pul tələb edib, almadıqda isə təhqirlərə keçib, ardınca da aktyora hədə-qorxu gələrək, onu öldürəcəyini deyib.

O.T. artıq saxlanılıb. Ona qarşı talama cəhdi və təhqirə görə ittiham aktı açılıb.

İstintaq çərçivəsində ifadəsi alınan O.T. içki düşkünü olduğunu, müalicə aldığını və dediklərini xatırlamadığını bildirib. O, həmçinin aktyordan üzr istəyib.

"Lazım gəlsə, ondan aldığım pulu qaytararam", - deyə O.T. bildirib.

O.T. yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.