Şou-biznes

İsrail məhkəməsindən fələstinli aktrisa ilə bağlı qərar

26 Oktyabr 2023 12:34
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstini dəstəklədiyi üçün saxlanılan israilli-fələstinli ərəb aktrisa Maysa Abd Elhadi ilə bağlı qərar qəbul olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İsrail məhkəməsi aktrisanın ev dustaqlığına buraxılmasına icazə verib.

Xatırladaq ki, Maysa sosial media hesabında "HƏMAS-a dəstək" şüarları paylaşmışdı.

Qeyd edək ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Artıq 3 həftədən çoxdur ki, İsrail-HƏMAS gərginliyi davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.