Şou-biznes

Turan İbrahimov: “Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq”

25 Oktyabr 2023 22:52
Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq. Yəni dövlət atributları və ictimai baxış bucağının, dövlətin atributu olaraq AzTV və İTV kanalı həmişə olacaq. Ənənəvi televiziya beş il, altı il və yaxud da dörd il sonra iki televiziya qalacaq və cəmiyyətə bəs edəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İTV telekanalında yayımlanan "Dikdaban" verilişinin qonağı, aparıcı Turan İbrahimov deyib.

Teleaparıcı bildirib ki, bir zaman ictimai rəyə təsir edən qəzetlərin taleyini özəl televiziyalar yaşayacaq:

"Bir vaxtlar bir milyonluq tirajı olan qəzetlər var idi, ictimai rəyə təsir edirdi. Sonra özəl televiziyalar çıxdı. Başladılar o qəzetdəkilər televiziyadakıları tənqid etməyə və bu proses davam etdi. Sonra saytlar çıxdı, saytlar çıxandan sonra qəzetlər yavaş-yavaş tarixin təlatümünə qovuşdu".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.