Şou-biznes

"Sağalmağım möcüzədir, öləcəyimi düşünürdülər"

24 Oktyabr 2023 00:09
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı məşhur müğənni Madonna yayda təcili xəstəxanaya yerləşdirildikdən sonra sağalmasını möcüzə adlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Celebration" turu çərçivəsində Belçikada verdiyi konsert zamanı danışıb:

"Dörd ay əvvəl xəstəxanada huşsuz vəziyyətdə uzanırdım və insanlar öləcəyimi düşünürdülər. Mənim indi burada olmağım, sağalmağım möcüzədir. Özümü hələ də pis hiss edirəm. Amma şikayətlənmirəm. Dəstəyə görə ailəmə və pərəstişkarlarıma təşəkkür edirəm".

Qeyd edək ki, sənətçi iyunda ciddi bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. O, səhhətində yaranan problemlərə görə qastrol səfərini təxirə salmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.