Şou-biznes

Əri tərəfindən öldürülən müğənninin qayını ŞOK FAKTLARI AÇIQLADI - VİDEO

17 Oktyabr 2023 10:21
Baxış: 5 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın qayını danışıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  "Günə son" proqramına açıqlama verən şəxs, qardaşının heç vaxt narkotik maddədən istifadə etmədiyini etiraf edib:

"Mümkün deyil, o insan nəinki narkotik, heç siqaret belə çəkmirdi. Əvvəllər qardaşımla münasibətləri yaxşı idi, qardaşım biraz qısqanc idi, deyirdi o şənliyə getmə, bu toya getmə, o da sözünə baxmırdı. Getsinlər, onlar öz səhvlərini fikirləşsinlər. Qardaışımın öz qazancı olub. İstəyirsiniz dost- tanışından soruşun. Qarşı tərəf səhvlərini başa düşmədi".

Xatırladaq ki, ötən gün Yaqut Həşimovanı həyat yoldaşı Anarv Həşimov qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Ətraflı videoda: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.