Şou-biznes

Pərvin: “Özüm kimi qızı nə övladıma, nə də ki, qardaşıma alaram”

13 Oktyabr 2023 07:00
Baxış: 2 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva növbəti qalmaqallı açıqlaması ilə gündəmə səs salıb. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Pərvin qonaq olduğu "Qapqara" verilişində şəxsi həyatından söz açıb. 

Abıyeva bildirib ki, nə oğluna, nə də ki, qardaşına özü kimi qızı almaz: 

"Mənə sual verəndə ki, "Özün kimi qızı oğluna və ya qardaşına alarsan?" Yox, deyə cavab verirəm. Bu mövzuda valideynləri qınamaq olmur. Çünki mənim üzüm üzlər görüb. Həyatımda nələr görmüşəm, yaşamışam, bilmişəm, eşitmişəm...

Haqqımda bu qədər xəbərlər çıxır. Yalan-yanlış, doğru, fərqi yoxdur. İstər-istəməz ana da, ata da baxır... Düşünür ki, mən bunu sabah gəlin edəndə, qohum-əqraba mənə nələr deyəcək. Özünü də düşünmür, "nə deyəcəklər?" söhbəti var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.