Şou-biznes

Rövşanə: “Aygün Kazımova plastik əməliyyatlardan əvvəl dünya gözəli idi” – VİDEO

11 Oktyabr 2023 23:18
Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Rövşanə Ağasəfqızı Xalq artisti Aygün Kazımova barədə açıqlaması ilə gündəmə səs salıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, qalmaqallı aparıcı qonaq olduğu "Günə son" ictimai-sosial verilişində estrada ulduzunun keçirdiyi əməliyyatdan söz açıb. 

Ağasəfqızı bildirib ki, Kazımova etdirdiyi plastik əməliyyatlardan əvvəl daha gözəl olub: 

"Aygün Kazımova plastik əməliyyat etdirməmişdən əvvəl dünya gözəli idi. Aygün xanımın özünə də, sənətinə də böyük hörmətim var. Amma bu xanım əməliyyat etdirməmiş daha gözəl idi". 

Rövşanə daha sonra verilişin aparıcısı Ülvira Qarayevaya söz atıb. Ağasəfqızı bildirib ki, Qarayeva əməliyyat keçirərək özünü Aygün Kazımovaya oxşadıb. 

Buna cavab olaraq Ülvira "Mənim üçün şərəfdir, o cür gözəl Aygün xanıma oxşamaq" fikrini ifadə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.