Şou-biznes

Ayselin şalvarı başına bəla oldu – FOTO

3 Oktyabr 2023 13:48
Baxış: 4 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysel Əlizadənin geyimi başını bəla olub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, axşam saatlarında restoranların birinə şam yeməyinə gedən sənətçi "Alexander Wangny" markasına məxsus bel hissəsi alt paltar detallı cins şalvarına tənqid yazan izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə cavab verib. 

Aysel sözügedən cins şalvarda çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb: 

"Bu, cins şalvar modelidir. Artıq bezdim deyə yazıram. Bu tərzlərdə belə cins şalvar modelləri çoxdur. Deyim ki, sabah bunlardan başqasının əynində görəndə də boş-boş danışmayın. Araşdırın, sonra tərbiyəli danışmağa cəhd edin.

Dəhşətsiniz, biriniz də yazmırsınız ki, xeyirli olsun. Anlayıram nədəndir, çünki elə bir mədəniyyət yoxdur.

Yaxşı fikir bildirmək, müsbət yanaşma yoxdur. Bu boş-boş yazanların fikri olacaq ki? Onlarınkı yalnız fəsadlıq, tərbiyəsizin tərbiyə haqqında müzakirəsidir. Xoşunuza gəlmir, tərbiyəli ol, izləmə. Açıqlama verdim ki, biləsiniz, bilmirsinizsə öyrənməyə cəhd edin". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.