Əməkdar artist : “Qənirədən soruşdum ki, niyə belə arıqlamısan?” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qənirə Paşayeva ilə bir məclisdə görüşdük. Soruşdum ki, niyə belə arıqlamısan? Bilmirəm onun xəstəliyi nə ilə əlaqədar idi".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Sənətkar mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb. K.Əliyeva bildirib ki, deputat dünyasını dəyişəndən sonra xəstələnib:
"Eşidəndə ki, Qənirə xanım komaya düşüb gecə saatlarında dərhal Mərkəzi Klinik xəstəxanaya getdim. Orada onun bacısı ilə görüşdüm. Qənirə xanımı sevənlər onlar üçün ayrılan bir otaqda xəbər gözləyirdilər. Gülyaz və Gülyanaq Məmmədova bacıları da orada idi. Qənirə xanımın ölüm xəbərini alanda xəstələndim və hərarətim 40 dərəcəyə qədər qalxdı, öskürməyə başladım. Bilmirəm mənə nə oldu. Çünki 10 il idi ki, xəstələnmirdim".
Aktrisa mərhumun vida mərasiminə getsə də, özünü pis hiss etdiyindən Q.Paşayeva ilə uzaqdan sağollaşa bildiyini dilə gətirib:
"Dəfn günü avtomobil ilə getdim Heydər məscidinə. Çatanda gördüm ki, onun nəşini qaldırıb, dəfn etmək üçün aparırlar məzarlığa. Avtomobilimi saxladım, onların yanına getməyə heyim yox idi. Dedim ki, Qənirə xanım məni bağışla ki, səni son mənzilə yola salmağa avtomobildən edə bilirəm. Mən onun 36 yaşında yazdığı şeirlə sözlərimi çatdırmaq istəyirəm.
Sən ana ola bilmədin, amma sən Azərbaycandakı gənclərimizə, qazilərimizə, şəhidlərimizə, sənin qapına gələn hər kəsə çox böyük bir bacı oldun. Hamı sənə Qənirə bacı deyir. Sən ana ola bilməsən də sən çox ağıllı, dərrakəli, gözəl, səlist ürək sözləri deyən bacı oldun".
Qeyd edək ki, Q.Paşayeva 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





