Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun nömrəsini paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, musiqiçi tanımadığı şəxsin ona mobil nömrə satmağa çalışdığını deyib.
"Yazıblar ki, sizin nömrənin 010-la başlayanı satışa gəlib. Gəlib ala bilərsiniz. Dedim ki, gəlirəm, mağazanı deyin. Dedikləri ünvanda həmin mağaza da var. Sonra yazdı ki, karta pul ödəyin. Başa düşdüm ki, dələduzlardı" deyə, Hüseyn söyləyib.
Musiqiçi izləyicilərinə səslənərək "Sizə belə mesaj gəlsə, inanmayın" sözlərini əlavə edib.
Milli.Az