Şou-biznes

Britni Spirsin sirli tanışı ilə görüşündən kadrlar yayıldı - FOTO

25 Avqust 2023 16:07
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Sem Əsgəri ilə boşanma xəbərləri çıxan amerikalı müğənni Britni Spirsin sirli tanışı ilə görüşündən kadrlar yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüntülər Qərbi Hollivudda çəkilib. Müğənni onunla birlikdə "Craig's" restoranında şam edib.

Cütlüyü ifaçının mühafizəçiləri müşayiət edib.

Qeyd edək ki, kadrlarda kişinin üzünü ayırd etmək mümkün olmayıb.

Xatırladaq ki, avqustun 16-da Britni Spirsin bir ildir evli olduğu Sem Əsgəri ilə boşandığı barədə xəbərlər yayıldı. Bundan bir müddət sonra isə ifaçı pəjmürdə halda restorandan çıxan halda görüntülənib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.