Şou-biznes

Kaanın keçmiş sevgililəri bir arada - FOTOlar

22 Avqust 2023 04:28
Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış sənət adamları Hadisə, Hande Erçel və Ezgi Eyüboğlunun eyni toyda olması sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer Nedret Taciroğlunun qızı Yasemin Taciroğlu ilə iş adamı Ahmet Uras dünən axşam ailə həyatı qurub.

Məşhurların axın etdiyi toya dəvət olunanlar arasında Hande Erçel ilə Hakan Sabancı da yer alıb.

Hadisə ilə Ezgi Eyüpoğlunun da bu toyda olması qısa zamanda sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Buna səbəb isə hər üç xanımın keçmişdə Kaan Yıldırım ilə eşq yaşaması olub. Belə ki, aktyor 2016-2019-cu illərdə Ezgi Eyüboğlu ilə evli olub. 2020-ci ildə isə  Hadisə ilə eşq yaşayıb. Evlənəcəkləri deyilən cütlük daha sonra ayrılıb. Kaan 2022-ci ildə Hande Erçel ilə yeni eşqə yelkən açıb, lakin çox qısa müddətdən sonra ayrılıb.

Qeyd edək ki, Kaan Yıldırım hazırda aktrisa Pınar Denizlə sevgilidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.