Şou-biznes

Elnarə Abdullayeva plastik əməliyyat etdirir - VİDEO

20 Avqust 2023 23:32
Baxış: 2 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçinin yaxın dostu aparıcı və aktyor Sərxan Kərəmoğlu məlumat yayıb.

Sərxan Elnarənin əməliyyatdan əvvəl həkim-cərrahla məsləhətləşdiyi zaman çəkdiyi videonu izləyiciləri ilə bölüşüb.

Görüntülərdə plastik cərrah Elnarənin göz ətrafında olan "qaz ayaqlar"ını aradan qaldırmaq, eyni zamandan "Bella eyes" effektini əldə etmək üçün göz yanlarını yuxarı hissəyə dartma əməliyyatını edəcəyini açıqlayıb.

Abdullayeva isə "O hissələrə iynə vurdurmaqdansa... İynələr mənə düşmür. İynə vurdurmaqdansa konkret məqsədə gəldim ki, göz ətrafımdakı qırışları plastik əməliyyat vasitəsi ilə götürməliyəm. Bir dəfə üzümə iynə vurdum nə günə düşdü... Səsim də batdı. Səhv vurmamışdırlar, sadəcə iynə vurdurmaq mənə düşmür" sözlərini dilə gətirib.

Qeyd edək ki, bir müddət əvvəl E.Abdullayeva açıqlamaların birində əməliyyat keçirən həmkarlarını qınamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.