Şou-biznes

“Kölə İzaura” və “Klon” seriallarının ulduzundan üzücü xəbər

17 Avqust 2023 01:24
Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kölə İzaura" serialında Roza obrazı ilə məşhurlaşan braziliyalı aktrisa Lea Qarsiya 91 yaşında ürək tutmasından vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, ölkənin ən məşhur şəxsi kimi mükafat almalı olduğu Rio Qrande-du-Sul əyalətinin Qramado şəhərində keçirilən Braziliya film festivalına gəlib.

Məlumata görə, Qarsiya qəfil özünü pis hiss edib və həkimlər onu xilas edə bilməyiblər.

Qadının ölüm xəbərini oğlu Marselo Qarsiya elan edib. Aktrisa ölümündən sonra mükafata layiq görüləcək.

Qeyd edək ki, Lea Qarsiya 11 yaşından filmlərdə rol alıb, "Kölə İzaura" və "Klon" serialındakı rolları ilə tanınıb, kino və teatrda 100-dən çox əsərdə yer alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.