Şou-biznes

Türkiyə gözəli milli futbolçuya eşq elan etdi - FOTO

8 Avqust 2023 20:30
Baxış: 3 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Modellikdən aktyorluğa keçən 2011-ci ilin Türkiyə gözəli Melisa Aslı Pamuk Mustafa Mert Koçla yollarını ayırdıqdan sonra Fransanın "Lill" komandasında çıxış edən milli futbolçu Yusuf Yazıcı ilə yeni eşq macərasına başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir müddətdir birlikdə olmaqdan danışan və münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən cütlük sevgilərini sosial şəbəkədəki paylaşımında açıqlayıb.

Yusuf Yazıcı hazırda xaricdə istirahətdə olan sevgilisinin fotosunu "Instagram" hesabından paylaşaraq ürək emojisi qoyub.

Yazıcının bu paylaşımı qısa zamanda sosial mediada böyük maraqla qarşılanıb.

Koçla Pamukun qısqanclıq zəminində ayrıldığı iddia edilib.

Melisa Aslı Pamuk iddialarla bağlı etdiyi paylaşımda "Həqiqətən gülməlisən" ifadələrini yerləşdirsə də, münasibətlərin niyə bitdiyi ilə bağlı açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.