Şou-biznes

"Həkimlər mənə bunu etmir ki, canım qurtarsın"

30 İyul 2023 18:38
Baxış: 12 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı formada qalmasından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, gün ərzində 3 saat idman etdiyini deyib. Aparıcı asan yolla formada qalanlara isə həsəd apardığını gizlətməyib:

"Mən də deyirəm, formadayam, çəkimi saxlaya bilirəm. Əməliyyat etdirənlər də bunu deyir. Bəxtəvərlər mədələrinə balonu qoydururlar, nə istəyirlər yeyirlər, idman etmirlər. Mənim kimi gündə 2-3 saat məşq etmirlər. İnsanlar da baxıb deyir, necə gözəl arıqdı. Biri var mənim kimi zəhmətlə çəkini saxlamaq. Biri də var mədəsinə balon qoydurmaq, asan iş. Mənim həkimlərim isə mənim mədəmə bu balonu qoymurlar ki, canım qurtarsın. Gündə 3 saat idman, ölürəm artıq. Haqsızlıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.