Şou-biznes

"Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb"

11 İyul 2023 23:51
Baxış: 4 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni-bəstəkar Murad Arif Bakıdakı tıxaclardan şikayətçidir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, saatlarla tıxacda qaldığını vurğulayıb:

"Şəhərdə nə baş verir anlamıram. Tətil vaxtıdır. Saat yarımdır ki, "Sahil" metronun qarşısında dayanmışıq. Düşünün ki, işə, səhnəyə gedirik. Gecikməkdən ən çox qorxan insanam. Dəvət olunduğum yerə 1 saat tez gedərəm. Təsəvvür edin ki, hansı əsəb və həyəcan içindəyəm.

Sağda-solda bu qədər maşın var. Bunun içində xəstəsi, darda olan insanı var. Niyə bir şey fikirləşmirlər? Və ya niyə bu insanları düşünmürlər".

Murad daha sonra fikirlərinə "Gecikmək mənim üçün sters, dramdır. Şəhərdə heç kim bu biabırçılıqdan sığortalanmayıb nə yazıq ki. 50 dəqiqəlik yolu 2 saat 30 dəqiqə etdik" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.