Şou-biznes

Konsertinə gələnləri güllələməklə hədələdi

6 İyul 2023 20:23
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Adel Las-Veqasda baş tutan konsertində səhnəyə peyntbol silahına çox oxşayan əşya ilə səhnəyə çıxıb.

Milli.Az olay-a istinadən bildriir ki, ifaçı onu dinləməyə gələnlərə iradını bildirib. O, insanların konsertdə davranış qaydalarını unutduğunu vurğulayıb: "Sənətçilərin başına hər cür zibil atırlar. Amma sizi əmin edirəm ki, əgər mənə bir şey atmağa cəsarət etsəniz, sizi güllələyəcəyəm". 

Daha sonra isə Adel səhnənin kənarına yaxınlaşıb və alindəki əşya ilə tamaşaçılara tərəf atəş edib. 

Bəlli olub ki, ifaçının əlindəki mexanizm top formasında bükülmüş və üzərində Adelin fotosu olan köynəkləri pərəstişkarlarına atmaq üçün hazırlanıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.