Şou-biznes

"Dəyər görmədiyin yeri tərk et" - "7 canlı"dan gedən Vüsalə

22 İyun 2023 21:51
Baxış: 2 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir müddətdir ATV-dəki verilişindən uzaqlaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  aparıcı ötən gün instaqramında etdiyi paylaşımla diqqət çəkib. 

Belə ki, Vüsalə paylaşımına "Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et..." sözlərini yazıb. 

İzləyiciləri isə onun bu sözləri ATV kanalının rəhbərliyinə ünvanladığını yazıb. Vüsalə sosial şəbəkə istifadəçilərinin "7 canlı"ya çıxmaması haqda suallarını cavabsız qoyub. 

ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlamasında "Vüsalə Əlizadənin səhhəti ilə bağlı "7 Canlı"nı bir müddət İlhamə Bədəlova aparacaq. Hər şey qaydasındadır" sözlərini söyləyib. 

Qeyd edək ki, "7 Canlı" verilişini bir müddətdir İlhamə Bədəlova aparır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.